Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:12

'İstiqlal həsrəti'


Kitab

Türkiyədə yaşayan jurnalist Könül Şamilqızının yeni kitabı işıq üzü görüb.

Türkcə nəşr olunan «İstiqlal Həsrəti» adlı antologiyada Azərbaycanın mühacir ədəbi nümunələri (poeziya) toplanıb.

Antologiya Kültür Dərnəyinin orqanı olan «Azərbaycan» dərgisinin 1952-ci ildə çıxan ilk sayından Azərbaycanın müstəqilliyə qovuşduğu 1991-ci ilin oktyabrına qədərki dövrdə orada yayınlanan şeirləri əhatə edir.

Kitabda 101 şəxsə aid 409 şeir yer alır. Şeirlərin hamısı Azərbaycanla, istiqlalla, bayraqla, vətən həsrəti ilə bağlıdır.

2017-ci ildə Türkiyədə jurnalistin «Krım Ateşi» adlı ilk kitabı çap olunub.

Kitab Ukrayna ərazisi olan Krımı Rusiyanın işğal etməsindən bəhs edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG