Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:46

BMT Qüdsə görə yığışacaq


Sərhəddəki toqquşmalar, 14 may, 2018-ci il
Sərhəddəki toqquşmalar, 14 may, 2018-ci il

BMT-nin Təhlükəsizlik Şurası mayın 15-də toplaşaraq İsraillə Qəzzə sərhədindəki zorakılıqları müzakirə edəcək. Bir gün öncəki toqquşmalarda 2014-cü il müharibəsindən bəri ən çox adam öldürülüb və yaralanıb. Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edənlərə İsrail tərəfdən atəş açılıb, azı 58 fələstinli həlak olub, 1200-dən çox adam yaralanıb.

BMT Təhlükəsizlik Şurasının iclasının çağrılmasını Küveyt istəyib.

İsrail əsgərlərinin sərhədi qoruduqlarını bildirir, Hamas yaraqlılarını etiraz adı altında hücum etməkdə suçlayır.

KÜVEYTİN TƏKLİF ETDİYİ BƏYANAT KEÇMƏYİB

Şuranın iclasının hansı nəticəni verəcəyi bəlli deyil. Martdakı etirazlardan sonra da oxşar toplantı keçirilmişdi, heç bir birgə bəyanat verilməmişdi. BMT-nin iki diplomatının bildirməsinə görə, mayın 14-də Küveytin təklif etdiyi bəyanatla bağlı da vahid mövqeyə gəlinməyib.

Səfirliyin açılışı
Səfirliyin açılışı

Medianın əldə etdiyi bəyanat layihəsində qətllərlə bağlı “qəzəb və kədər” bildirilir, etirazların “müstəqil və şəffaf təhqiqatı” istənilir, tərəflər təmkinli olmağa çağırılır.

BMT diplomatlarının deməsinə görə, Birləşmiş Ştatlar bu bəyanatı bir məqama görə əngəlləyib. Sənəd bütün ölkələri Təhlükəsizlik Şurasının on illərdir mövcud olan qətnaməsinə əməl etməyə, mübahisəli Qüds şəhərində səfirlik açmamağa çağırır.

ABŞ dekabrda da şuranın qətnaməsinə veto qoymuşdu. Qətnamə prezident Donald Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını ləğv etməsini istəyirdi.

Mayın 14-də Fələstinin BMT-dəki elçisi şuranı qətlləri pisləməyə çağırıb. İsrail isə şuradan Haması pisləməsini istəyib. Bu islamçı qruplaşma Qəzzə zolağına nəzarət edir və etirazların təşkilatçısıdır.

Zorakılıqların baş verdiyi məqamda Qüdsdə şənliklər keçirilib. Həm İsrailin yaradılmasının 70 illiyi, həm də ABŞ-ın Qüdsü paytaxt kimi tanıması bayram edilib. Bu addım Qüdsü gələcək paytaxtları hesab edən fələstinliləri qəzəbləndirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG