Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 15:49

Erdogan Britaniyada səfərdədir


Recep Tayyip Erdogan, arxiv fotosu

Türkiyə prezidenti Recep Tayyip Erdogan Britaniyada üçgünlük səfərdədir. O, Britaniyanı “müttəfiq, strateji tərəfdaş, həmçinin əsl dost” adlandırıb.

Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlığı sadəcə seçim deyil, iki ölkənin maraqları naminə vacib sayıram”, – o, mayın 13-də Redinq şəhərində keçirilən Britaniya-Türkiyə forumunda deyib.

Erdogan yada salıb ki, Britaniya hökuməti 2016-cı ilin iyulunda Türkiyədə hökumət əleyhinə çevrilişi dərhal pisləyib, “bu həmrəyliyi heç vaxt unutmarıq” deyə vurğulayıb.

O, iki ölkə arasında ticari və təhlükəsizlik əlaqələrini inkişaf etdirmək istəyini dilə gətirib. Britaniya 2019-cu ilin martında Avropa Birliyindən çıxmağa hazırlaşır.

Son illər Türkiyənin Avropa Birliyi ilə münasibətləri pisləşib. Ankaranın birliyə üzvlük danışıqları dayanıb, Qərb uğursuz çevriliş cəhdindən sonra yerli tənqidçilərə divan tutulmasını sərt tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG