Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 22:38

Navalny-nin məhkəməsi təxirə salınıb


Aleksei Navalny məhkəmədən çıxır

Moskvada müxalif siyasətçi Alesksei Navalny-yə qarşı ümumxalq etirazları ilə bağlı məhkəmə mayın 15-nə ertələnib.

Navalny mayın 5-də təşkil etdiyi “O, çar deyil” etiraz aksiyasında onlarla digər iştirakçı kimi saxlanmışdı. Nümayiş Rusiya prezidenti Vladimir Putin-in altıncı müddətə prezident andiçməsinə etiraz olaraq təşkil olunmuşdu.

Müxalif siyasətçi bir neçə saatdan sonra buraxılsa da, ictimai toplantılarla bağlı qaydaları dəfələrlə pozmaqda, polisə tabe olmamaqda suçlanır. Hər iki administrativ pozuntuda təqsirli bilinsə, 45 günlüyə həbs oluna bilər.

“PUTİN MƏŞĞULDUR”

Navalny iclasdan sonra jurnalistlərə deyib ki, “məhkəmədə baş verənlərin hökmlə heç bir əlaqəsi yoxdur”, onun fikrincə, hökmü Putin çıxarıb məhkəməyə təqdim edəcək.

Navalny etiraz aksiyasında
Navalny etiraz aksiyasında

Məncə, hələlik, qərar yoxdur, Putin məşğuldur”, – Navalny daha sonra tvitində yazıb.

5 may etirazlarında 1600-dən çox saxlanan olmuşdu.

Qərb hökumətləri bu həbsləri və polisin nümayişdəki davranışını tənqid edib.

Navalny indiyədək antihökumət etirazlarının təşkilinə görə bir neçə dəfə həbs cəzası çəkib.

1999-cu ildən Rusiyanı idarə edən Putin martın 18-də növbəti qələbəsini qazanıb və mayın 7-də andiçmə mərasimi keçirilib.

Beynəlxalq müşahidəçilər seçicilərin əsl seçiminin olmadığını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG