Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 02:15

Birləşmiş Ştatlar BMT-nin İranda təftiş aparmasını istəyir


Donald Trump İrana sanksiyaları bərpa edən sənədi imzalayır

Prezident Donald Trump-ın İranla 2015-ci il nüvə sazişindən çıxmasına baxmayaraq, Ağ ev BMT-nin İranın nüvə obyektlərində təftişləri davam etdirməsini istəyir.

Administrasiyanın aparıcı rəsmiləri mayın 10-da bildiriblər ki, prezident Trump monitorinqin davam etməsini istəyir və İranda müfəttişlər komandasının saxlanmasından ötrü BMT-nin nüvə agentliyinə gərəkən pulu ayıracaq.

Birləşmiş Ştatlar Beynəlxalq Atom Enerjisi Agentliyinin İrandakı təftişlərini dəstəkləməkdə davam edəcək”, – Birləşmiş Ştatların Vyanadakı Beynəlxalq Atom Enerjisi Assosiasiyasındakı missiyasının rəsmisi dpa agentliyinə deyib.

“DÜNYADA ƏN SAĞLAM” NÜVƏ MONİTORİNQİ REJİMİ

Tehranın dünyanın aparıcı ölkələri ilə imzaladığı saziş istənilən obyektin 24 gün ərzində müfəttişlərin üzünə açılmasını İran üzərinə öhdəlik kimi qoyur. Bundan başqa saziş İranda bəzi obyektlərə günün 24 saatı məsafədən nəzarət sistemi tətbiq edib.

İranda etirazçılar Trump-ın şəklini yandırırlar
İranda etirazçılar Trump-ın şəklini yandırırlar

Sazişi dəstəkləyən Avropa ölkələrinin fikrincə, bu sənəd “dünyada ən sağlam” nüvə monitorinqi rejimi tətbiq edir.

Ancaq Trump və təmsilçiləri təftişlərin yetərincə sərt olmadığını bildirir. Onlar İranın aparıcı rəsmilərinin bir məsələdə təkid etməsinə diqqət çəkirlər – BMT müfəttişləri heç vaxt yüksək dərəcədə həssas hərbi obyektlərə buraxılmayacaq.

Amerikalılar bizim hərbi və həssas obyektlərini ziyarət etmək arzularını məzarlarına aparacaqlar. Bu, heç vaxt baş verməyəcək”, – İranın ali dini lideri Ayatollah Ali Khamenei-nin müşaviri Ali Akbar Velayati sentyabrda deyirdi.

***Buna da bax: ABŞ İran üzərinə yeni sanksiyalar qoyur

Trump Birləşmiş Ştatların daha sərt təftiş istədiyini mayın 10-da bir daha dilə gətirib.

Biz bir obyektə gedib onu yoxlaya bilməliyik. Onların hərbi bazalarına girib bizi aldadıb aldatmadıqlarını görməliyik”, – Trump İndianada yürüş zamanı deyib.

“DAHA BÖYÜK PROBLEMLƏRİ OLACAQ”

Trump sazişdən çıxmağa qərar verərkən belə BMT agentliyi dəfələrlə əmin edib ki, İranda təftiş etmək istədiyi bütün obyektlərə çıxış əldə edib, həmin ərazilərdə uran zənginləşdirmə fəaliyyəti, yaxud hər hansı başqa nüvə fəaliyyəti aşkarlamayıb.

“Frans Pres” agentliyi ABŞ rəsmilərinə istinadla yazır ki, Vaşinqtonun İrana sərt sanksiyalar qoymağa çalışmasına baxmayaraq, BMT təftişlərinin davam etməsini istəyirlər.

Bu arada İran və sazişi imzalamış beş ölkə sənədə əməl edəcəklərini bildiriblər.

***Buna da bax: Rusiya və Almaniya nüvə sazişini xilas etməyə çalışır

İran, Fransa, Almaniya, Britaniya, Rusiya və Çin liderləri Birləşmiş Ştatların nə etməsindən asılı olmayaq razılaşmaya əməl edəcəklərini vurğulayıblar.

Ağ ev həmçinin İrana xəbərdarlıq edib ki, sazişin qadağan etdiyi nüvə fəaliyyətini bərpa edərsə, bunun fəsadları ilə üzləşəcək.

Rejim nüvə iddialarını davam etdirərsə, əvvəlkindən daha böyük problemləri olacaq”, – Trump mayın 9-da deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG