Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:24

Ucuz Antalya uçuşlarının ləğv edildiyi deyilir


Təyyarə

«Buta Airways» aşağı büdcəli aviaşirkətin Türkiyənin kurort şəhəri Antalyaya reysləri ləğv etdiyi bildirilir. Antalyaya son uçuşun iyunun 3-də olacağı vurğulanır.

«Turan» agentliyinin xəbərinə görə, Antalyada dincəlmək istəyən vətəndaşlar «Azərbaycan Hava Yolları»nın (AzAL) təyyarələrindən istifadə etməli olacaqlar.

Xəbərdə bildirildiyinə görə, «Buta Airways»də hər iki tərəfə standart biletin qiyməti 320 manatdır. AzAL-da isə yay vaxtı Antalyaya ekonom-sinifdə biletin qiymətinin daha yüksək olduğu bildirilir.

Agentlik bildirir ki, «Buta Airways»dan Antalya reyslərinin ləğv edilməsini təsdiqləyiblər. Reysin ləğv edilməsinin səbəbləri ilə bağlı açıqlama verilməyib. Qeyd edilib ki, yayda «Buta Airways»ın təyyarələri Türkiyənin başqa kurort şəhərinə - Alanyaya uçacaq.

«Qazanan Gürcüstan olacaq»

Baş verənləri dəyərləndirən iqtisadçı Natiq Cəfərli bildirib ki, Antalyaya getmək istəyən Azərbaycan vətəndaşı daha baha bilet almaq məcburiyyətində qalacaq.

Onun fikrincə bundan qazanan Gürcüstan olacaq. «Gürcüstan Türkiyə istiqamətində uçuşları artırmaq qərarına gəlib və yayda Türkiyə kurortlarına loukosterlər açılacaq. Azərbaycan vətəndaşlarının bir hissəsi bundan öncə də Gürcüstandan uçurdu, indi onların sayı daha da çox olacaq», - ekspert vurğulayıb.

Xatırlatma

«Buta Airways» ötən il iyulun 11-dən etibarən işə düşüb. Aviaşirkətin saytı «Buta Airways»ın Azərbaycanda ilk aşağı büdcəli aviaşirkət olduğunu, «Azərbaycan Hava Yolları» QSC-nin (AzAL) struktur bölməsi olduğunu bildirir.

Aviaşirkətin ilk uçuşu ötən il sentyabrın 1-də, Tbilisi şəhərinə olub. Aviaşirkətin Bakıdan Moskvaya, Kiyevə, Antalyaya, Kazana, Mineralnıye Vodıya, Tbilisi və Tehrana uçuşlar yerinə yetirdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG