Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 12:54

Azyaşlıları qanunsuz mitinqlərə gətirənlər cəzalandırılacaq


Moskvada etiraz zamanı saxlanan 14 yaşlı oğlan

Rusiyada razılaşdırılmamış mitinqlərə azyaşlıları gətirənlər inzibati məsuliyyətə cəlb edilə bilərlər. Hakim Vahid Rusiya Partiyasından deputatlar Dövlət Dumasına yeni qanun layihəsi təqdim ediblər. Layihədə bu hərəkətə görə 500 min rubladək cərimə, yaxud 15 sutkayadək həbs cəzası nəzərdə tutulur.

Layihə müəlliflərinin deməsinə görə, təklif olunan dəyişikliklər azyaşlıların həyatına, səhhətinə və inkişafına ziyan vurulmamasını hədəfləyir və uşaqlardan öz məqsədləri üçün istifadə etməyə çalışan “populist siyasətçilərə” aiddir.

Vladivostokda etiraz aksiyası
Vladivostokda etiraz aksiyası

Prezident Vladimir Putin fevralda Daxili İşlər Nazirliyinə tapşırıb ki, gəncləri razılaşdırılmamış aksiyalara cəlb etməyə çalışan qrupların qarşısı “qətiyyətlə alınsın”, onların rəhbərləri məsuliyyətə cəlb olunsun.

Mayın 5-də Rusiyanın onlarla şəhərində “O çar deyil” aksiyaları keçirilib, Vladimir Putin-in dördüncü müddətə prezident postuna gəlməsinə etiraz olunub.

Müxalifətçi Alexei Navalny-nun təşkilatçısı olduğu mitinqlərdə 1600 nəfərin saxlandığı bildirilir. Polisə aparılanlar arasında uşaqlar da olub. Polisin saxlamağa çalışdığı uşaqların fotoları sosial şəbəkələrdə böyük müzakirə doğurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG