Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 18:47

Pompeo Pxenyandan üç amerikalı məhbusla qayıdır


Mike Pompeo

Şimali Koreyada saxlanan üç amerikalı dövlət katibi Mike Pompeo ilə birlikdə hazırda ölkəsinə qayıdır. Bunu ABŞ prezidenti Donald Trump mayın 9-da deyib.

Sizə məmnuniyyətlə məlumat verirəm ki, dövlət katibi Mike Pompeo hazırda təyyarədə Şimali Koreyadan qayıdır və hamının indi səbirsizliklə gözlədiyi 3 centlmen də onunladır. Onların durumu yaxşıdır”, – Trump Twitter-də yazıb.

***

ABŞ-ın dövlət katibi Mike Pompeo deyir ki, Birləşmiş Ştatlar Koreya yarımadasında sülhün təminatından ötrü Şimali Koreyayla işləməyə sadiqdir. Pompeo bunu mayın 9-da Pxenyanda Şimali Koreya rəsmiləri ilə danışıqlar zamanı deyib.

Pompeo prezident Donald Trump ilə Şimali Koreya lideri Kim Jong Un arasında gözlənən sammitlə bağlı planları yekunlaşdırmaqdan ötrü Pxenyandadır.

ABŞ rəsmilərinin deməsinə görə, Pompeo həm də Şimali Koreyaya saxladığı üç amerikalının buraxılması üçün təzyiq göstərəcək.

On illər boyunca düşmən olmuşuq. İndi ümid edirik ki, münaqişənin həllindən ötrü birlikdə işləyə, dünyaya təhdidləri aradan qaldıra, xalqınızın tam layiq olduğu bütün imkanların ölkənizdə yaranmasına nail ola bilərik”, – Pompeo Şimali Koreya rəsmilərinə deyib.

Pompeo bu il Pxenyana artıq ikinci dəfədir gedir. O, Vaşinqtondan mayın 7-də axşam çıxıb, ancaq bu, ictimaiyyətə açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG