Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 23:11

Rusiya, ABŞ Pashinian-ı təbrik edir


Nikol Pashinian müdafiə naziri vəzifəsini icra edən Vigen Sargsyan-la görüşdə, 8 may, 2018-ci il

Birləşmiş Ştatlar Ermənistanın baş naziri seçilmiş Nikol Pashinian-ı təbrik edir. Bunu Dövlət Departamentinin mətbuat katibi Heather Nauert deyib.

Ermənistan hökuməti və xalqı ilə qarşılıq maraq kəsb edən bir çox sahələrdə sıx əməkdaşlığı səbirsizliklə gözləyirik. Buraya ticarətin genişləndirilməsi, demokratiya və hüququn aliliyinin qorunması, regional və qlobal təhlükəsizliyin təminatı daxildir”, – bəyanatda deyilir.

Müxalifətdə olan Yelk fraksiyasının rəhbəri Nikol Pashinian mayın 8-də parlamentdə baş nazir seçilib. Elə həmin gün prezident Armen Sarkisian onu vəzifəyə təsdiqləyib.

Mayın 8-də Pashinian ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub. Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Pashinian-ı baş nazir seçilməsi münasibətilə təbrik edib, ona bu məsuliyyətli dövlət vəzifəsində uğurlar arzulayıb.

Məlumatda deyilir ki, söhbət zamanı Rusiya-Ermənistan arasında ənənəvi dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb, Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxil olmaqla, çoxtərəfli ittifaqlarda tərəfdaşlığa hazırlıq ifadə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG