Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 01:44

Prezident veteranlarla görüşüb


İ.Əliyev müharibə veteranları ilə. 2015

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Müharibə veteranları ilə görüşən İ.Əliyev və M.Əliyeva onları Qələbə günü münasibətilə təbrik ediblər.

Prezident İ.Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub.

Prezidenti və xanımı Həzi Aslanovun ailə üzvləri ilə görüşüblər, onları Qələbə bayramı münasibətilə təbrik ediblər.

Mərasimə baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və başqa rəsmi şəxslər də qatılıblar.

XS
SM
MD
LG