Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:25

Kişi ayaqqabısında brilyant qaşlar aşkarlanıb - DGK


Brilyant qaşlar

Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycana gizli keçirilməsinin qarşısını aldıqlarını bildirirlər.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) bu gün, mayın 8-də məlumat yayıb.

Məlumatda vurğulanır ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb.

«Vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən, qanunvericiliklə müəyyən edilən hədlərdən artıq olan malları gömrük nəzarətinə təqdim etməyib, elektron və ya yazılı formada bəyan etməyib. Vətəndaşın çamadanına rentgen aparatıyla baxış zamanı monitorda əks olunan təsvirlərə əsasən, çamadandakı 1 cüt ayaqqabının hər tayının uc hissəsində gömrük nəzarətindən gizlədilmiş malların olması barədə əsaslı şübhələr yaranıb. Bundan sonra, şəxsi əşyaların arasında olan 1 cüt kişi ayaqqabısı çamadandan çıxarılıb və hər tayının daxilində həqiqətən polietilen bükümlər gizlədildiyi müəyyən edilib. Daha sonra vətəndaş yoxlama otağına dəvət olunub», - məlumatda yazılır.

DGK-nin bildirməsinə görə, nəticədə çamadanda olan 1 cüt kişi ayaqqabısının hər tayının uc hissəsinə qoyularaq, gömrük nəzarətindən gizlədilmiş cəmi 26 ədəd bükümdə müxtəlif həcmli və formalı qaşlar aşkarlanıb.

«Ekspert arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 1886.87 karat (377.374 qram) olan brilyant qaşlardır», - məlumatda vurğulanır.

Saxlanan şəxsin adı açıqlanmır. Onun və ya vəkilinin rəsmi açıqlamaya münasibəti bəlli deyil.

Azərbaycan Cinayət Məcəlləsində qaçaqmalçılığa görə 5 il müddətinə qədər həbs nəzərdə tutulur.

Multimedia

XS
SM
MD
LG