Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:07

Serbiyanın maliyyə naziri istefa verir


Dusan Vujovic

Serbiyanın maliyyə naziri Dusan Vujovic şəxsi səbəbləri əsas gətirərək mayın 7-də istefa məktubunu təqdim edib. Serbiya hökuməti məlumatı təsdiqləyib.

İlk öncə bu haqda Serbiya mediası xəbər yayıb, Vujovic-in bu haqda baş nazir Ana Brnabic-ə məktub yazdığı bildirilib.

Bir nəfərin özünü dövlət qulluğunda təsdiqləməsi üçün dörd il yetərlidir”, – Vujovic məktubunda yazıb.

Mayın 7-də Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Belqrada gedib. Məqsəd ölkənin islahatlarını və iqtisadi artımını dəstəkləyəcək yeni proqramla bağlı danışıqlara başlamaqdır.

Dünya Bankının Ukraynadakı keçmiş iqtisadçısı, eləcə də bankın Vaşinqtondakı ofisində çalışmış Vujovic 2014-cü ildə maliyyə naziri təyin olunub. Serbiyanın BVF ilə yekun danışıqlarını da məhz o aparıb.

Son vaxtlar Brnabic-in hökumətində mümkün dəyişikliklərdən söhbət gedirdi. Baş nazir demişdi ki, “özünü tam göstərə bilməyənlər” işdən kənarlaşdırılacaq.

XS
SM
MD
LG