Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:23

Neft bahalanır – Trump-ın qərarı gözlənir


Arxiv fotosu
Arxiv fotosu

Neftin qiyməti 2014-cü ilin noyabrından bəri ən yüksək həddə çatıb. Səbəb ABŞ prezidenti Donald Trump-ın İranla nüvə sazişindən çıxıb-çıxmamaqla bağlı gözlənən qərarıdır.

Trump qərarını mayın 8-də Vaşinqton vaxtıyla günorta 2-də açıqlayacaq. İnvestorların çoxu Birləşmiş Ştatların 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxacağını gözləyir. Bu halda ABŞ İranın neft sektoruna və mərkəzi bankına sanksiyaları bərpa edəcək, dünyanın əsas neft hasilatçısı sayılan ölkəsiylə münasibətlər gərginləşəcək. İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində sanksiyalar 2016-cı ildə qaldırılmışdı.

Mayın 7-də Nyu York birjasında neftin barelinin qiyməti 70 dolları ötüb. Bu, 2014-cü ilin noyabrından bəri ilk dəfədir baş verir.

Londonda Brent Şimal Dənizi neftinin barreli 76,17 dollara yüksəlib. Mayın 8-də səhər Asiya bazarlarında da neft bahalanıb.

QİYMƏT TUFANI

Neftin bahalanmasına səbəb prezident Trump-ın İranla nüvə sazişindən çıxa biləcəyi qorxusudur. Bu, Yaxın Şərqdə durumun daha da pisləşməsinə gətirə bilər, hələ İranın neft hasilatının yaratdığı neft ehtiyatlarının pozulmasını demirəm”, – AxiTrader şirkətinin baş bazar strategiki Greg McKenna deyib.

Donald Trump
Donald Trump

Onun sözlərinə görə, “daha yüksək qiymətlərin əməlli tufanı” gözlənir, çünki Birləşmiş Ştatlar bu yaxınlarda digər iki böyük hasilatçı – Rusiya və Venesuelaya da sanksiyalar qoyub.

Bu arada İranın Neft Nazirliyi elan edib ki, hətta Birləşmiş Ştatlar razılaşmadan çıxsa belə, neft hasilatını və ixracını davam etdirəcək.

Onlar İranı dayandıra bilməzlər. Yeni sanksiyalar qoyulsa belə, neft sənayemizin inkişafı davam edəcək”, – nazirliyin SHANA xəbər xidməti İranın Milli Neft Şirkətinin sədr müavini Gholamreza Manouchehri-yə istinadla yazıb.

2016-cı ildə beynəlxalq sanksiyalar qaldırılınca İran yenə də dünyada əsas neft ixracatçısına çevrilib. Manouchehri deyib ki, İran gələn ilin ortasınadək xarici investorlarla 40 milyard dollarlıq yeddi kontraktı tamamlamağı planlaşdırır.

İranın neft hasilatı, arxiv fotosu
İranın neft hasilatı, arxiv fotosu

Dünyada gündə 98 milyon barrel neft hasil olunur, bunun 4 milyon barrelə yaxını İranda çıxarılır.

NAZİR MÜAVİNİ NİKBİNDİR

İran 2016-cı ildən bəri neft biznesini əsasən Avropa və Asiya şirkətlərilə inkişaf etdirib, çünki ABŞ şirkətlərinin İranla iş görməsi hələ də yasaqdır.

Neft nazirinin müavini Amirhossein Zamaninia-nın deməsinə görə, bütün dünyaya “neftimizi və məhsullarımızın satışını davam etdirə biləcəyimiz halda”, Tehran nüvə sazişinin şərtlərini yerinə yetirəcək, hətta Birləşmiş Ştatlar sazişdən çıxsa belə.

Bəzi təhlilçilər ABŞ sanksiyalarının bərpasının İranın gündəlik neft satışını 200 min-600 min barrel arası azalda biləcəyini hesablayıb. Ancaq Zamaninia nikbindir. O, İranın mövcud neft bazarını, neft sənayesinə xarici sərmayəni saxlaya biləcəyini düşünür.

İran prezidenti Hassan Rohani mayın 7-də deyib ki, ABŞ çıxsa belə, digər tərəflərin sazişə əməl edəcəyi halda, ölkəsi də onu qoruyacaq.

Bütün ssenarilərə hazırıq”, – Rohani vurğulayıb.

Amma Rohani mayın 8-də etiraf edib ki, Trump-ın açıqlamasından asılı olaraq ölkə “bəzi problemlərlə üzləşə bilər”.

Rohani Tehranda neft sərgisində danışıb. Deyib ki, “iki, üç ay bəzi problemlərlə üzləşə bilərik, ancaq bunun öhdəsindən gələcəyik”.

RUSİYA DA NARAHATDIR

Rusiyayla İran ABŞ prezidenti Donald Trump-ın nüvə sazişiylə bağlı gözlənən qərarından ciddi narahat olduqlarını bildiriblər.

Kreml mayın 8-də xəbərdarlıq edib ki, Trump ölkəsini sazişdən çıxarsa, “çox ciddi durum” yaranar.

Hassan Rouhani, arxiv fotosu
Hassan Rouhani, arxiv fotosu

İran parlamentinin spikeri Ali Larijani isə deyib ki, Trump ABŞ-ın sazişdən çıxdığını elan edərsə, bu, iranlılar arasında daha artıq birliyə səbəb olar.

Bu arada İranın mühafizəkar fiqurları ölkənin ali dini lideri Ali Khamenei-ni də tərifləyiblər, onun nüvə sazişinin kövrəkliyini, iflas edəcəyini öncədən gördüyünü yada salıblar.

Ölkənin vitse - prezidenti, populyar islahatçı siyasətçi Eshaq Jahangiri-nin deməsinə görə, Trump sazişdən çıxandan sonra yalnız “sadəlövhlər” Birləşmiş Ştatlarla danışıq aparar.

Jahangiri deyib ki, İran hökuməti “hazırdır”, “ölkəni istənilən durumda idarə etmək planı” var.

İran mərkəzi bankının rəhbəri Valiollah Seif ölkənin dövlət televiziyasına söyləyib ki, Birləşmiş Ştatların nüvə sazişindən çıxması İran iqtisadiyyatına “ciddi təsir” göstərməyəcək.

Bu arada Britaniya, Fransa və Almaniya Trump-ı sazişə əməl etmək üçün dilə tutmağa çalışırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG