Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 09:34

Prezident Xaçmazdan Xızıya gəlib


İ.Əliyev sükan arxasında

Prezident İlham Əliyev mayın 4-də Xaçmaz rayonundan sonra da Xızı rayonuna səfər edib. O, «Xızı şəhərində, Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması» layihəsinin yekunlaşması ilə bağlı mərasimdə iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonra «Azərsu» ASC sədri Qorxmaz Hüseynov prezidentə layihə barədə məlumat verib.

Məlumatda bildirilib ki, layihəni Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi birgə maliyyələşdirib.

«Bu layihə Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun üç kəndi də daxil olmaqla layihədən cəmi 6.3 min nəfər faydalanacaq», - məlumatda qeyd edilib.

Dövlət başçısı Xızı rayonuna səfəri çərçivəsində başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını da edib.

600 nəfər əhalinin yaşadığı Fındığan kəndini Giləzi-Xızı avtomagistralının 34-cü kilometrliyi ilə birləşdirən yolun ümumi uzunluğu 5 kilometrdir.

Prezident İ.Əliyev mayın 4-də səhər saatlarında isə Xaçmaz rayonunda olmuşdu. O, bu rayonda da bir sıra yol və obyektlərin açılışına qatılmışdı.

Multimedia

XS
SM
MD
LG