Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:23

Rusiyada Telegram-ın ardınca Viber də qapadıla bilər


Viber messenceri
Viber messenceri

Federal Təhlükəsizlik Xidməti (FSB) şifrləmə açarlarını əldə etməsə, Rusiya Viber messencerini də qadağan edə bilər. Bunu Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolai Nikifirov deyib.

Bu sual FSB-yə ünvanlanmalıdır. FSB şifrləmə açarlarının alınmasında problem yaşasa, yenə də məhkəməyə müraciət oluna, analoji qərar əldə edilə bilər”, – TASS agentliyi nazirə istinadla yazıb. Jurnalistlər mayın 3-də nazirdən soruşublar ki, Viber də Telegram-ın taleyilə üzləşə bilərmi.

NAZİR DƏ PROBLEMLƏRİ ETİRAF EDİR

O, media tənzimləyicisi olan Roskomnadzor-un rəhbəri Alexander Jarov-un mümkün istefasıyla bağlı sualı cavablandırmayıb.

***Buna da bax: Rusiyalılar 1 may nümayişində Telegram-ın qadağanına etiraz edirlər

Aprelin 16-dan məhkəmə qərarına əsasən, Telegram Rusiyada bloklanıb. Mobil mesajlaşma əlavəsi istifadəçilərin gizliliyini əsas gətirərək FSB-yə şifrləmə açarlarını təqdim etməkdən imtina edib. Messencer blokadanı yarmaq üçün Amazon və Google amerikan şirkətlərinin serverlərindən istifadə etməyə başlayıb, bu zaman Roskomnadzor onlara da çıxışı məhdudlaşdırıb. 20 milyona yaxın ünvan bloklanıb. Ancaq Telegram yenə də işini davam etdirir.

Nikiforov Telegram-ın bloklanmasıyla bağlı məhkəmə qərarının icrasında əngəllərin olduğunu etiraf edib. Belə ki, bu addım internetin Rusiya seqmentində böyük problemlər yaradıb.

Viber mesajlaşma əlavəsini Yaponiyanın Rakuten şirkəti idarə edir. Ancaq rusiyalılar arasında Telegram, yaxud Facebook-a məxsus WhatsApp xidməti qədər populyar deyil

Aprelin 30-da və mayın 1-də Moskvada “Azad internet uğrunda” deviziylə çoxminlik mitinq keçirilib.

CƏMİ 31 FAİZ

Rusiyalıların cəmi 31 faizi messencerlərdəki şəxsi yazışmalarının hüquq-mühafizə orqanlarına təhvil verilməsini dəstəkləmir. “Levada” mərkəzinin keçirdiyi bu sorğunun nəticələri “Kommersant” qəzetində dərc olunub.

Təxminən o sayda respondent belə tələbləri “böyük ehtimalla dəstəklədiyini”, 17 faizsə – tam dəstəklədiyini açıqlayıb. Rəyi soruşulanların 22 faizi suala cavab verməkdə çətinlik çəkib.

***Buna da bax: İranda Telegram rəsmən qadağan edildi

Rusiyalıların yarısı internet xidmətlərin hakimiyyətin tələbilə şəxsi yazışmalara çıxış vermək öhdəliyi haqda eşidib. Onların 59 faizi hesab edir ki, bu, terrorçuluqla mübariz məqsədilə edilir. 28 faizbu addımın söz azadlığının məhdudlaşdırılmasına, senzuraya aparıldığını düşünür.

Rəyi soruşulanların 39 faizi isə Rusiyada Telegram-ın bloklanması barədə “ilk dəfə eşitdiklərini” deyiblər.

Daha öncə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi (ВЦИОМ) oxşar sorğu keçirmişdi. Rəyi soruşulanların 25 faizi Telegram-a çıxışın saxlanmasını vacib saymışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG