Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:29

Deputatların maaşının artırılması təklif edilir


Milli Məclis

Azərbaycanda ombudsmanın, Konstitusiya Məhkəməsi hakimlərinin və deputatların maaşının artırılacağı gözlənir.

APA-nın məlumatına görə, ombudsmanın, Konstitusiya Məhkəməsi hakimlərinin, məhkəmə hakimlərinin fəaliyyəti və deputatların statusu ilə bağlı qanunlara dəyişikliklər nəzərdə tutulur. Layihələrə əsasən, ombudsmanın, qeyd olunan məhkəmə hakimlərinin və deputatların əmək haqlarının 10 faiz artırılması planlaşdırılır.

Xəbərdə bildirilir ki, layihənin Milli Məclisin mayın 4-də keçiriləcək iclasında müzakirəyə çixarılacağı gözlənir.

Multimedia

XS
SM
MD
LG