Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 10:41

46 nəfər ölüb, 48 nəfər xəsarət alıb - Statistika


Yanğın

Fövqəladə Hallar Nazirliyi 2018-ci ilin ilk rübü ərzində ölkə ərazisində baş verən təbii və texnogen hadisələr ilə bağlı statistikanı açıqlayıb.

Nazirliyin mayın 2-də yaydığı məlumata görə, bəhs olunan dövrdə ölkə ərazisində 1488 təbii və texnogen hadisə baş verib. Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 781 hadisə və ya 34 faiz azdır: «Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 46 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri 26 nəfəri xilas, 343 nəfəri təxliyə edib».

2018-ci ilin ilk rübü ərzində 1429 yanğın hadisəsi qeydə alınıb.

Yanğınlar nəticəsində 43 nəfər həlak olub, 31 nəfər xəsarət alıb.

Ötən ilin eyni rübü ilə müqayisədə yanğında ölənlərin sayı 19 nəfər çoxdur.

2018-ci ilin birinci rübü ərzində ölkədə 21 partlayış hadisəsi baş verib. Bu isə 2017-ci ilin ilk rübü ilə müqayisədə 10 hadisə azdır.

Partlayışlar zamanı 3 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.

Xatırlatma

Bu ilin birinci rübündə yanğın hadisələrində ölənlərin sayının kəskin artması səbəbsiz deyil. Bu il martın 2-də Respublika Narkoloji Mərkəzində ciddi yanğın baş verib. Həmin yanğın nəticəsində 24 nəfər həlak olub.

Multimedia

XS
SM
MD
LG