Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:14

Rusiyadan insan haqları pozucularıyla bağlı qanun təsdiqləndi


Sergei Magnitsky-nin portreti anası Nataliya Magnitskaya-nın əlində

Britaniyanın İcmalar Palatası insan haqları pozuntularında təqsirli sayılanlara sanksiyalar nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Layihə Rusiyada həbsxanada vəfat etmiş vəkil Sergei Magnitsky-nin xatirəsinə adlandırılıb.

Britaniyanın xarici işlər naziri Boris Johnson bu layihənin səsverməyə çıxarılmadan, İcmalar Palatasındakı müxalif Leyboristlər Partiyası ilə razılaşmadan sonra qəbulunu “vacib məqam” adlandırıb.

Bu müddəalar Britaniyaya imkan verəcək ki, dünyada ciddi pozuntulara yol verənlərə qarşı tədbir görsün. Britaniya bütün dünyada insan haqlarını müdafiə edir”, – nazir Twitter-də yazıb.

İndi bu qanunvericilik Lordlar Palatasında da təsdiqlənməlidir.

Birləşmiş Ştatlarda oxşar qanun rusiyalı insan haqları pozucularına qarşı istifadə olunur. Martda Britaniyada rusiyalı keçmiş casus Sergei Skripal və qızının sinir qazıyla zəhərlənməsi qanunvericiliyin qəbuluna təkan vermiş oldu. London bu hücumda Moskvanı ittiham etsə də, Rusiya bunu rədd edir.

XS
SM
MD
LG