Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:35

Türkiyəylə Özbəkistan 3 milyard dollarlıq saziş imzalayıb


Recep Tayyip Erdogan (solda) və Shavkat Mirziyoyev

Türkiyə və Özbəkistan liderləri 3 milyard dollarlıq sazişlər imzalayıblar. İki ölkə gərginlik dolu illəri geridə buraxmağa, iqtisadi və mədəni sahədə əlaqələri gücləndirməyə çalışır.

Aprelin 30-da Türkiyə prezidenti Recep Tayyip Erdogan Ankarayla Daşkəndin “ümumi dəyərləri” olduğunu vurğulayıb. O, Özbəkistana üçgünlük səfəri öncəsi deyirdi ki, gərginlik erasını kənara qoyacaqlarına, “itirilmiş imkanları” dirçəldəcəkləinə ümid bəsləyir.

İki ölkə arasında ticarət artıq güclənib, ötən il 30 faiz artaraq 1,5 milyard dollara çatıb. Bunu Erdogan aprelin 30-da Daşkənddə özbək həmkarı Shavkat Mirziyoev-lə birgə mətbuat konfransında deyib.

BÖYÜK İMKANLAR

Türkiyəli biznesmenlər Özbəkistana sərmayə yatırmağı planlaşdırırlar, bu, onlar üçün böyük imkanlar açır”, – Erdogan bildirib.

İki lider nəqliyyat, enerji, turizm sahələrini əhatələyən razılaşmalar imzalayıblar. Mirziyoev vurğulayıb ki, “50-dən artıq investisiya layihəsinin ümumi dəyəri 3 milyard dollardır”.

Bu gün Erdogan Buxara şəhərinə səfər edir
Bu gün Erdogan Buxara şəhərinə səfər edir

Erdogan 2016-cı ilin noyabrında, keçmiş prezident Islam Karimov-un ölümündən az sonra Özbəkistana səfər etmişdi.

Karimov dövründə qarşılıqlı münasibətlərdə gərginlik yaşanıb, o, Ankaranı hökumətinin opponentlərinə sığınacaq verməkdə suçlayıb.

Islam Karimov 1990-cı illərin ortalarında iki ölkə arasında vizasız səyahəti dayandırıb, Ankarayla əlaqələri məhdudlaşdırıb. Səbəb Türkiyənin özbək müxalifət liderləri Muhammad SolihAbdurahmon Polat-ın ekstradisiyasından imtina etməsiydi.

Ancaq ötən oktyabrda prezident Shavkat Mirziyoev Türkiyəyə səfər etdi. Mərhum Karimov isə Türkiyədə 1999-cu ildə olmuşdu.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Türkiyə Mərkəzi Asiyanın beş ölkəsinin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub. Ancaq son illər Türkiyəylə Özbəkistanın münasibətlərində gərginlik yaşanıb.

Özbəkistan türkiyəli qardaşlarımızın üzünə həmişə açıqdır”, – Mirziyorv aprelin 30-da deyib. O əlavə edib ki, hökuməti “iki ölkənin münasibətlərində yeni səhifə açıb”.

İki lider Özbəkistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulacağını elan ediblər. Onlar iki ölkə arasında Ali Strateji Tərəfdaşlıq Şurası da yaratmağa razılaşıblar.

XS
SM
MD
LG