Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:42

Cəbhəçi gəncin sərbəst buraxıldığı deyilir


Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon təşkilatının Gənclər komitəsinin sədri Samir Həsənovun mayın 2-də sərbəst buraxıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məlumat varib.

Ancaq o, əlavə bilgi verməyib. Hələlik S.Həsənovun özü ilə də əlaqə saxlamaq mümkün olmayıb.

Gənc cəbhəçinin Şəkidə saxlandığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon şöbəsi Gənclər komitəsinin sədri Samir Həsənovun dünən, aprelin 30-da saxlanaraq polisə aparıldığı bildirilir.

Bu barədə AXCP-dən bildiriblər.

Partiyadan verilən bilgiyə görə, iki nəfər polis S.Həsənovu yolda saxlayaraq rayon polis şöbəsinə aparıblar.

Bu bilgini partiyanın Şəki rayon təşkilatının sədri İslam Həsənov da təsdiqləyib. Onun deməsinə görə, xəbəri alan kimi Şəki Rayon Polis Şöbəsinə gedib, həbsin səbəbini öyrənmək istəyib.

«Amma Samir Həsənovun saxlanma səbəbi haqqında heç nə demədilər. Hal-hazırda o, polis şöbəsində saxlanır», - təşkilat sədri bildirib.

Şəki Rayon Polis Şöbəsindən bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG