Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:15

Kabildə ölənlər içində AzadlıqRadiosunun əməkdaşları var


(soldan sağa) Sabawoon Kakar / Abadullah Hananzai

Kabildəki partlayışda azı 25 nəfərin həlak olduğu, onlardan azı ikisinin Azad Avropa/AzadlıqRadiosu üçün çalışdığı dəqiqləşib.

Üçüncü reportyor maydan AzadlıqRadiosunda çalışmağa başlayacaqdı. Əfqanıstan Jurnalistlər Mərkəzi (AFCJ) partlayışda azı 9 jurnalistin həlak olduğunu bildirib.

Abadullah Hananzai ikinci partlayışda, Sabawoon Kakar xəstəxanada dünyasını dəyişib.

28 yaşlı Maharram Durrani isə mayın ortasından radioda işə başlayacaqdı. O, hücum baş verən vaxt Azad Əfqanıstan Radiosunun ofisinə təlimə gedirdi.

Bu, sarsıdıcı xəbərdir. Cəsur jurnalistlər və həmkarlarımızın itkisi bizi dəhşətə gətirib. Ailələrinin acısını bölüşürük”, – AzadlıqRadiosu-nun prezidenti Thomas Kent deyib.

Hadisə yeri
Hadisə yeri

Aprelin 30-da ölkənin cənubunda törədilmiş partlayışda isə bomba qoyulmuş maşın partladılıb, 11 uşaq ölüb, beş rumıniyalı əsgər daxil olmaqla beş nəfər yaralanıb.

***

Kabildəki partlayışda həlak olan AzadlıqRadiosu jurnalistlərinin sayı 3-ə çatıb.

Sabawoon Kakar aldığı yaralardan xəstəxanada keçinib.

Dinc sakinlərin, məscidlərdə dindarların, milli və demokratik proseslərin, jurnalistlərin, ifadə azadlığının hədəfə alınması hərbi cinayətlərə konkret misaldır. Bu terror aktı İslam dəyərlərinə və insan haqlarına ziddir”, – prezident Ashraf Ghani bəyanatında deyib.

***

Kabilin mərkəzindəki qoşa partlayışlara görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb. Hücumlarda azı 29 nəfər həlak olub. Onların içində Azad Avropa/AzadlıqRadiosu-nun iki jurnalisti və azı beş digər media orqanı təmsilçiləri də var.

Polis 45 yaralının da yerli xəstəxanalara aparıldığını bildirir. Ölü sayı arta da bilər.

İkinci partlayış birincidən 20 dəqiqə sonra törədilib. Özünü jurnalist kimi göstərən intiharçı birinci partlayışı işıqlandıran jurnalistlərin arasına qarışaraq özünü partladıb.

“DÜŞMƏNLƏR QALİB GƏLƏ BİLMƏZ”

Öldürülənlər içində AzadlıqRadiosu-nun (RFE/RL) jurnalistləri Hananzai və Moharram Durani, azı beş digər media təmsilçisi də var. “Frans Pres” Kabildəki baş fotoqrafı Shah Marai-nın da partlayışda öldürüldüyünü bildirir.

Partlayış yeri
Partlayış yeri

AzadlıqRadiosu-nun daha bir əməkdaşı – Sabwoon Kakar xəsarət alıb.

Kabil polisinin sözçüsü Hashmat Stanekzai partlayışlarda dörd polis əməkdaşının öldürüldüyünü bildirib.

ABŞ və NATO-nun Əfqanıstandakı qüvvələrinin komandiri, general John Nicholson bu hücumların kəskin pislənildiyi bəyanat yayıb.

Səhv etməyin, Əfqanıstanın düşmənləri qalib gələ bilməz. Bu cür hərəkətlər bizim Əfqanıstan xalqı qarşısındakı öhdəliyimizi daha da möhkəmləndirir”, – o, sözlərinə əlavə edib.

İŞİD sünni qruplaşması Əfqanıstandakı şiə azlığını “kafir” sayır, onları tez-tez hədəfə alır.

Kabil hökuməti həm də 17 il öncə ABŞ işğalı sayəsində hakimiyyətdən qovulmuş taliban yaraqlıları ilə mübarizə aparır.

Prezident Ashraf Ghani-nin Talibana “ilkin şərtsiz” sülh danışıqları təklif etməsinə baxmayaraq, bu ilin əvvəlindən Kabildə bir neçə hücumlarda yüzlərlə adam ölüb.

***

Kabildəki qoşa partlayışda ölənlərin sayının azı 21 nəfər olduğu bildirilir.

***

Əfqanıstan paytaxtı Kabilin mərkəzində, ölkənin kəşfiyyat idarəsi yaxınlığında iki partlayış törədilib, azı dörd nəfər həlak olub. Onların içində bir jurnalist də var.

Rəsmilərin deməsinə görə, motosiklet sürən intiharçı özünü NDS kəşfiyyat xidmətinin binası yaxınlığında partladıb. İkinci partlayış az sonra baş verib.

Üç şəhidimiz, altı yaralımız var, hamısı dinc sakinlərdir”, – Kabilin polis rəisi Dawood Amin birinci partlayışdan sonra “Frans Pres” agentliyinə deyib.

“Associated Press” agentliyi ikinci partlayışdan sonra polis əməkdaşına istinadla bir jurnalistin həlak olduğunu, iki polis əməkdaşının yaralandığını xəbərləyib.

Bir həftə öncə Kabildə seçici qeydiyyatı mərkəzi yaxınlığındakı intiharçı hücumunda 60 nəfər öldürülmüş, azı 120 nəfər yaralanmışdı.

XS
SM
MD
LG