Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:15

Bakıda şimal küləyi, rayonlarda dolu


Bulud

Aprelin 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, şimal-qərb küləyinin əsəcəyi, axşam arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 10-14, gündüz 23-28, Bakıda gecə 12-14, gündüz 25-27 dərəcə isti olacaq.

Aprelin 28-də Azərbaycanın əksər rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə dolu düşəcəyi vurğulanır. Gecə 9-14, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təxmin edilir.

Nazirliyin verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında aprelin 29-da şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənir. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcəyi vurğulanır.

Rayonlarda da havanın qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 4-8 dərəcə aşağı enəcəyi, çaylarda sululuğun artacağı ehtimal olunur.

Multimedia

XS
SM
MD
LG