Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:20

Tətil etməyə görə cəza gəlir


Milli Məclis

Müəssisə və təşkilatların fəaliyyətinin tətil yolu ilə dayandırılması məsuliyyət yarada bilər. Bununla bağlı inzibati qanunvericiliyə əlavələr edilməsinin nəzərdə tutulduğu bildirilir.

APA-nın məlumatına görə, təklifləri Milli Məclisə Azərbaycan prezidenti göndərib.

Xəbər görə, təklif İnzibati Xətalar Məcəlləsinə yeni 517-2.12 maddəsinin əlavə edilməsini nəzərdə tutur.

Layihədə vurğulanır ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarələrin, müəssisələrin fəaliyyətinin tətil, ya digər üsullarla dayandırılmasının qadağan edilməsi ilə bağlı tələbin pozulmasına görə cərimə nəzərdə tutulur.

Tətil və ya başqa yolla müəssisələrdə fəaliyyətin dayandırılmasına səbəb olan şəxslərin 200 manatdan 350 manatadək cərimə olunmasının təklif olunduğu vurğulanır. Bundan başqa, şəxslərə işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati həbs də tətbiq oluna bilinəcəyi açıqlanıb.

Vəzifəli şəxslərin 500 manatdan 700 manata qədər, hüquqi şəxslərin isə 3000 manatdan 4500 manata qədər cərimə olunmasının təklif edildiyi bildirilir.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarında müzakirəyə çıxarılmalıdır.

Multimedia

XS
SM
MD
LG