Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 20:50

Aksiyalara qanunla qadağanın dairəsi genişləndirilir


Milli Məclis

«Sərbəst toplaşmaq azadlığı haqqında» Qanuna dəyişiklik təklif olunduğu bildirilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti parlamentə layihə təklif edib.

Xəbərə görə, layihədə qanunun 8-ci (Toplantının qadağan edilməsi və ya dayandırılması) maddəsinin VIII hissəsində dəyişiklik əks olunur. Orada fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə aksiyaların keçirilməsinə məhdudiyyət qoyulmasından və ya onların keçirilməsinin qadağan olunmasından bəhs edilir.

Xəbərdə bildirilir ki, həmin hissədə «Fövqəladə» sözündən sonra «və ya hərbi» sözləri əlavə edilir. Eyni zamanda, ««Fövqəladə vəziyyət haqqında» Qanunla müəyyən edilmiş qaydada» sözlərinin ««Fövqəladə vəziyyət haqqında» və «Hərbi vəziyyət haqqında» qanunlara uyğun olaraq» sözləri ilə əvəzləndiyi bildirilir.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılmalıdır.

Multimedia

XS
SM
MD
LG