Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 11:56

Rusiya: Havadan müdafiə sistemləri Suriyaya tezliklə çatdırılacaq


S-300 sistemləri İranda sərgilənir, arxiv fotosu

Rusiya ordusu bildirir ki, yeni havadan müdafiə sistemlərini Suriyaya tezliklə çatdıracaq. Təxminən iki həftə öncə Birləşmiş Ştatlar, Britaniya və Fransa Suriyada şübhəli kimyəvi silah obyektlərinə raket zərbələri endirmişdilər.

Rusiya Baş Qərargahından general polkovnik Sergei Rudskoi aprelin 25-də deyib ki, Moskva tezliklə Suriyanı “yeni havadan müdafiə sistemləri” ilə təchiz edəcək. Ancaq o, silahların növünü konkretləşdirməyib.

Bundan öncə Rusiya mediası yazırdı ki, Moskva Suriyaya S-300 havadan müdafiə sistemlərini satmağı nəzərdən keçirir.

14 aprel raket zərbələrindən sonra Rusiyanın aparıcı rəsmiləri bildiriblər ki, Moskvanın Suriyaya S-300 sistemi satmamaqla bağlı 10 il qabaq verdiyi vədi yenidən nəzərdən keçirə bilərlər.

Qərb ölkələri Suriyaya zərbələri aprelin 7-də Duma şəhərində 40-dan çox adamın ölümünə səbəb olmuş şübhəli kimyəvi silah hücumuna cavab olaraq endirdiyini bildirib.

XS
SM
MD
LG