Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 10:14

Telegram-ın rəhbəri yeni etirazlara çağırır


Pavel Durov

Telegram mobil mesajlaşma əlavəsinin rəhbəri Pavel Durov Rusiyadakı tərəfdarları hökumətin bu app-si bloklamaq cəhdlərinə yeni etiraza çağırıb.

2014-cü ildə ölkəni məcburi tərk etmiş, hazırda xaricdə yaşayan Durov rusiyalılara aprelin 22-dəki dəstək aksiyasına görə təşəkkür edib. Həmin aksiyada Telegram-a dəstək olaraq evlərin pəncərələrindən kağızdan düzəldilmiş təyyarələr atılmışdı.

Kağız təyyarə Telegram-ın loqosudur.

“Növbəti hərəkət? Bazar günü, aprelin 29-da”, – Durov aprelin 23-də VKontakte sosial şəbəkəsində yazıb.

Aprelin 16-da isə bir qrup fəal Federal Təhlükəsizlik Xidmətinin (FSB) Moskvadakı qərargahına rəngli kağız təyyarələr atıb.

Telegram FSB-yə şifrələmə açarlarını vermədiyi üçün Roskomnadzor dövlət qurumu onun bloklanmasına qərar verib.

Telegram istifadəçilərinin gizliliyinin qorunmasını əsas gətirərək kodları verməkdən imtina edib.

XS
SM
MD
LG