Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:46

Paris hücumunda şübhəli başqa bir işdə 20 illik həbs cəzası aldı


Salah Abdeslam

2015-ci ilin noyabrında Parisdə koordinasiya olunmuş terror hücumlarında əsas şübhəli başqa bir işdə təqsirli bilinib. Belçikada məhkəmə Salah Abdeslam-ı 2016-cı ildə Brüsseldə atışma zamanı polis əməkdaşlarını öldürməyə cəhddə təqsirli sayaraq 20 illik həbsə məhkum edib.

Məhkəmənin aprelin 23-də verdiyi qərar Parisdə 130 nəfərin ölümüylə sonuclanmış hücumlarla birbaşa bağlı deyil.

28 yaşlı Abdeslam-la yanaşı 24 yaşlı tunisli Sofien Ayari də mühakimə olunub. Ona da terrorçuluq məqsədilə adamöldürmə cəhdinə görə 20 il həbs cəzası kəsilib. Atışma 2016-cı ilin martın 1-də Brüssel ətrafında şübhəlilərin gizləndiyi ehtimal olunan yerə polis reydi zamanı baş verib.

Abdeslam həmin il martın 18-də Brüsselin yoxsul Molenbeek məhəlləsindəki ata evi yaxınlığında həbs olunub.

Abdeslam və Ayari məhkəmədə iştirak etməyiblər. Abdeslam hazırda Fransada saxlanır, 2015-ci il Paris hücumlarına görə məhkəməsini gözləyir.

XS
SM
MD
LG