Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 20:41

Dünyanın ən nüfuzlu 100 adamı


Donald Trump (sağda) və Mohammad bin Salman al-Saud

“Time” dərgisi aprelin 19-da dünyanın ən nüfuzlu 100 adamının ənənəvi illik siyahısını açıqlayıb. Siyahıda yaşı 40-dan aşağı 45 qadın və 45 kişi var.

Dərginin baş redaktoru Edward Felsenthal siyahının necə tərtib olunması barədə məktubunda yazıb ki, indi siyahı keçmişdəkindən fərqli görünür: “Getdikcə nüfuz poçt kodu və minimum yaş həddi tanımır”.

45 qadın arasında cinsi qısnama qurbanlarının hüquqlarının müdafiəsiylə bağlı Me Too hərəkatının təsisçisi, fəal Tarana Burke, Keniyada qadın sünnətinə qon qoyulması uğrunda mübarizə aparan insan haqları fəalı Nice Nailantei Leng’ete var.

Dünyanın ən nüfuzlu 100 adamı siyahısına ABŞ prezidenti Donald Trump, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohammed bin Salman, Londonun meri Sadiq Khan, Çin prezidenti Xi Jinping, Şimali Koreya prezidenti Kim Jong Un, Banqladeşin baş naziri Sheikh Hasina, İraqın baş naziri Haider al-Abadi də salınıb.

XS
SM
MD
LG