Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:48

Assad-ın Fəxri Legion ordeni Fransaya qaytarılır


Bashar al-Assad (sağda ortada) Rusiya nümayəndə heyətini qəbul edir, arxiv fotosu

Suriya prezidenti Bashar al-Assad-a verilmiş Fəxri Legion ordeni (Legion d'Honneur) Fransaya qaytarılıb. Paris bir neçə gün öncə bu ali mükafatın Assad-dan alındığını bildirib.

“Suriya prezidenti Bashar al-Assad terrorçuları dəstəkləyən Birləşmiş Ştatların nökəri olan bir ölkənin mükafatını daşımaq istəmir”, – prezidentin idarəsinin aprelin 19-da yaydığı bəyanatda deyilir.

Ötən həftəsonu Fransa ABŞ-ın Suriyada hökumət hədəflərinə endirdiyi raket zərbələrində iştirak edib. Assad-ın idarəsi mükafatın qaytarılması qərarına həmin zərbələrdən sona gəldiyini bildirib.

Britaniyanın da iştirak etdiyi raket zərbələri Suriyada şübhəli qaz hücumuna cavab olaraq endirilib. Qərb bu hücumlara görə Suriya hökumətini suçlayır, hökumət bu iddiaları rədd edir.

Mükafatın Fransaya Dəməşqdəki Rumıniya səfirliyi vasitəsiylə qaytarıldığı bildirilir. Rumıniya Suriyada Fransanın maraqlarını təmsil edir.

Assad-a Fəxri Legion mükafatı 2001-ci ildə, keçmiş prezident Jacques Chirac tərəfindən verilib. O zaman Assad hakimiyyətə təzə gəlmişdi.

XS
SM
MD
LG