Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:21

Neft Fondunun aktivləri 5 faiz artıb


Azərbaycan Dövlət Neft Fondu

2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 4 milyard 424.2 milyon manat olub. Büdcə xərclərinin isə 2 milyard 344.2 milyon manat təşkil etdiyi bildirilir.

Fondun açıqlamasına görə, büdcə gəlirləri əsasən neftdəndir.

Ötən rüb ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlərə gəlincə, onun həcmi 120.9 milyon manat olub.

Neft Fondunun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqdən də gəlir əldə etdiyini bildirir – 779.9 milyon manat.

Hesabat dövründə ARDNF dövlət büdcəsinə 2 milyard 299 milyon manat vəsait transfert edib.

Verilən məlumata görə, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına 30/3 milyon manat ayrılıb. Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8.1 milyon, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə isə əlavə olaraq 1/4 milyon manat vəsait ayrıldığı bildirilir.

«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə isə 500 min manat yönəldildiyi açıqlanıb.

Birinci rübdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər 4.9 milyon manat təşkil edib.

Aprelin 1-nə olan məlumata görə, hesabat dövründə ARDNF-nin aktivləri 5.1 faiz artıb. İlin əvvəlində 35 milyard 806.5 milyon dollar dəyərində olan aktivlərin 37 milyard 631.7 milyon dollara yüksəldiyi bildirilir.

Xatırlatma

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan fonda 130 milyard dollardan çox vəsait daxil olduğu deyilir.

Multimedia

XS
SM
MD
LG