Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:28

Beynəlxalq inspektorların Dumaya çatdığı deyilir


Duma, 16 aprel, 2018-ci il
Duma, 16 aprel, 2018-ci il

Beynəlxalq kimyəvi silah ekspertləri Suriyanın Duma şəhərində təhqiqata başlamaqdan ötrü BMT təhlükəsizlik komandasından təsdiq gözləyirlər. Bunu Suriyanın BMT-dəki elçisi Bashar Jaafari aprelin 17-də qurumun Təhlükəsizlik Şurasında deyib.

Bu bəyanatdan öncə Kimyəvi Silahların Qadağanı Təşkilatının (OPCW) müfəttişlərinin Dumaya çatıb-çatmaması barədə ziddiyyətli məlumatlar gəlirdi.

HÖKUMƏT “ƏLİNDƏN GƏLƏNİ EDİB”

Suriya dövlət mediası yazmışdı ki, müfəttişlər artıq şəhərə girib. OPCW isə bunu təsdiqləmirdi. Dövlət Departamentinin sözçüsü Heather Nauert deyirdi ki, “anladığımız qədərilə komanda Dumaya daxil olmayıb”.

***Buna da bax: Suriya dövlət televiziyası raketlərin vurulduğunu bildirir

Jafari-nin deməsinə görə, təhlükəsizlik şərtlərinin “sağlam” olması qənaətinə gəlinərsə, OPCW müfəttişləri aprelin 18-də şəhərdə işə başlaya bilərlər.

Suriya hökuməti missiyanın işini asanlaşdırmaqdan ötrü əlindən gələni edib”, – o söyləyib.

Nauert-in daha öncə bildirməsinə görə, Birləşmiş Ştatlar müfəttişlərin ərazidən uzaq saxlandıqca, dəlillərin də köhnəlməsindən narahatdır.

Aprelin 7-də Dumada şübhəli qaz hücumunda 43 nəfərin yüksək zəhərlənmə simptomlarından dünyasını dəyişdiyi bildirilir.

Bu hücuma cavab olaraq ABŞ, Britaniya və Fransa aprelin 14-də Suriyada hökumət obyektlərini vurub.

Suriya hökuməti indiyədək ölkədə kimyəvi silah hücumlarında əli olmadığını bildirib.

ABŞ-IN NARAHATLIĞI

Almaniya kansleri Angela Merkel Moskvanın Bashar al-Assad hökuməti ilə birgə məsuliyyət daşıdığını, ancaq Rusiya prezidenti Vladimir Putin-lə kommunikasiya xətlərin saxlamaq niyyətində olduğunu açıqlayıb.

Merkel aprelin 17-də Putin-lə telefonla danışıb. Kremlin məlumatına görə, Putin-lə Merkel Dumadakı şübhəli hücumla əlaqədar “obyektiv təhqiqat” aparılmasının vacibliyini vurğulayıb. Rusiya Dumada kimyəvi silah hücumunun olmadığını desə də, bunu əsaslandıracaq dəlil ortaya qoymayıb.

***Buna da bax: Putin-lə Merkel Suriyadan, Baltik qaz kəmərindən danışıblar

Putin isə Merkel-lə söhbətində Suriyaya raket zərbələrini pisləyib.

OPCW inspektorları ötən həftəsonu Suriyaya gediblər, Dumada kimyəvi silahdan istifadə olunub-olunmadığını aydınlaşdırmaq istəyirlər. Ancaq hələ də əraziyə daxil ola bilməyiblər.

Birləşmiş Ştatların OPCW-də səfiri Kenneth Ward aprelin 16-da deyib ki, rusiyalılar artıq əraziyə baş çəkə, “OPCW-nin fakt-araşdırıcı missiyasının cəhdlərini əngəlləməyə çalışa” bilərlər.

Bu arada Rusiya hərbçiləri Dumada kimyəvi silah hazırlaya biləcək üsyançı laboratoriyası aşkarladıqlarını, orada xlor qazı və kükürd qazının müxtəlif tərkib hissələrinin olduğunu deyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG