Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 14:09

Azərbaycanlı qadınların İŞİD-ə görə ölümə məhkum edildiyi bildirilir


İraqlı ailə

İrada iki rusiyalı qadın İslam Dövləti (İŞİD) ekstremist qrupuna üzvlükdə təqsirli bilinərək ömürlük həbsə məhkum edilib.

Bağdad məhkəməsi qərarı aprelin 17-də çıxarıb. Çeçenistan rəsmiləri həmin qadınların qonşu Dağıstan Respublikasının sakinləri olduğunu bildirib.

Rusiya dövlət mediası İraq televiziyasına istinadla yazır ki, həmin məhkəmə prosesində Azərbaycandan üç, Qırğızıstandan bir qadına ölüm cəzası kəsilib. Ancaq bu qadınlar barədə detalları əldə etmək mümkün olmayıb.

***Buna da bax: Elmar Məmmədyarov: ‘İraqa nümayəndə heyəti göndərmişik’

“Frans Pres” agentliyi isə məhkəmə prosesində Azərbaycandan beş qadının ölümə məhkum edildiyini xəbərləyir. Bu məlumatla Rusiya dövlət mediasının xəbəri arasındakı fərqi də dəqiqləşdirmək mümkün olmayıb.

Ömürlük həbsə məhkum edilmiş iki rusiyalı qadın məhkəmə zalına azyaşlı uşaqları ilə gəliblər.

19 MİNDƏN ÇOX ŞÜBHƏLİ

İraq dekabrda İŞİD üzərində qələbə çaldığını elan edib. Vaxtilə bu qruplaşma ölkə ərazisinin üçdə birinə nəzarət edirdi.

Ölkənin antiterror qanunları İŞİD yaraqlılarına yardımda təqsirli bilinənlərə cəza kəsilməsinə icazə verir. Hətta onlar zorakı hərəkətlər ittiham olunmasalar belə, bu mümkün sayılır.

Məlumatlara görə, İraqda İŞİD-lə əlaqələrdə şübhəli sayılan 1000-dən çox əcnəbi qadın saxlanır. Onların çoxu Türkiyədən və keçmiş Sovet İttifaqındandır. Qadınlardan bəziləri ölümə məhkum edilib.

***Buna da bax: İraq məhkəməsi 15 türkiyəli qadına edam hökmü çıxarıb

“The Associated Press” ötən ay yazırdı ki, İraqda İŞİD-lə əlaqələrdə şübhəli bilinən 19 mindən çox adam saxlanır.

“Human Rights Watch” insan haqları təşkilatı da ötən il oxşar rəqəm ortaya qoymuşdu. Qurum xəbərdarlıq edirdi ki, İraqın antiterror qanunları İŞİD-lə hətta minimum əlaqələri olanların belə saxlanmasına imkan verir. HRW dekabrda bildirirdi ki, 2014-cü ildən bəri ölkədə 7 min 374 nəfər İŞİD-lə bağlı təqsirli bilinib və onlardan 92-si edam edilib.

Ancaq İraq hakimiyyəti İŞİD-ə üzvlükdə təqsirli bilinərək ölümə məhkum edilmiş xarici qadınlara qarşı edam cəzasının icra olunduğunu, hələlik, bəyan etməyib.

XS
SM
MD
LG