Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:24

Qızıl mədənində etirazlara görə 15 nəfər saxlanıb


Arxiv fotosu

Qırğızıstanın cənubundakı Jalal-Abad regionunda hakimiyyət bildirir ki, qızıl mədənindəki zorakı etirazlara görə 15 nəfər saxlanıb.

Toguz-Toro rayonundakı Atai kənd şurasının sədri Ulanbek Sheripov aprelin 17-də AzadlıqRadiosu-na deyib ki, bölgədə durum gərgin olaraq qalır.

Aprelin 10-da Toguz Toroda minlərlə sakin Kazarman şəhəri yaxınlığında yeni qızıl emalı qurğusunun tikilməsi planlarına etiraz edib.

Etirazçılar Makmal GL Developing adlı qırğız-çin birgə müəssisəsinin bir neçə binasına od vurub, daş atıblar. Sonra hadisə yerinə polis gəlib.

Baş nazir Sapar Isakov aprelin 12-də rayon rəhbərini iğtişaşı önləyə bilmədiyinə görə işdən çıxarıb.

Bəzi deputatlar insidentin hərtərəfli araşdırılmasını tələb edib, yerli hakimiyyəti münaqişəni nizamlaya bilməməkdə suçlayıb.

XS
SM
MD
LG