Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:22

Rusiyanı casusun zəhərlənməsiylə bağlı “hər şeyi açıqlamağa” çağırırlar


Keçmiş casus Sergei Skripal-ın evinin ətrafı
Keçmiş casus Sergei Skripal-ın evinin ətrafı

Sənaye ölkələrinin yığışdığı Böyük Yeddiliyin (G7) xarici işlər nazirləri Rusiyanı çağırır ki, ötən ay Britaniyada rusiyalı keçmiş casus və qızının zəhərlənməsiylə bağlı “tam və hərtərəfli informasiya” versin.

G7 nazirləri aprelin 16-da yaydığı bəyanatda bildirir ki, Britaniyanın dəyərləndirməsiylə razıdır. Britaniya Sergei Skripal və qızı Yulia-nın sinir qazıyla zəhərlənməsinə görə Rusiyanı məsul tutur. Zəhərlənmə zamanı sovet istehsalı olan Novichok adlı qazdan istifadə olunduğu bildirilir.

Rusiya zəhərlənmədə əli olmadığını bildirir.

“ALTERNATİV İZAH YOXDUR”

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (OPCW) aprelin 12-də bildirib ki, Britaniyanın qazın tipiylə bağlı tapıntılarıyla razılaşır.

OPCW açıqladığı bəyanatda maddənin adını çəkməyib.

***Buna da bax: Yuliya Skripal Rusiyanın kömək təklifindən imtina edib

Rusiya Federasiyasının bu hücuma görə məsuliyyət daşımasıyla bağlı Britaniyanın dəyərləndirməsini paylaşır, onunla razılaşırıq, buna alternativ həqiqətə uyğun izah yoxdur”, – G7-nin xarici işlər nazirləri aprelin 16-da yaydıqları bəyanatda bildirirlər.

Skripallar martın 4-də İngiltərənin cənubundakı Solsberi şəhərində skamyada huşsuz vəziyyətdə tapılıblar. Yulia Skripal aprelin 10-da xəstəxanadan buraxılıb, atasının “hələ də ciddi xəstə olduğu” bildirilir. Britaniya polisinin yaydığı açıqlamada Yulia-nın da “sinir qazının təsirindən əziyyət çəkdiyi” qeyd olunurdu.

Bu insident Qərblə Rusiya arasında gərginliyi artırıb, onlar bir-birlərinin diplomatlarını qovub, başqa tədbirlərə əl atıblar.

***Buna da bax: Rusiya Britaniyaya: Peşman olacaqsız

Rusiya beynəlxalq öhdəliklərə uyğun olaraq əvvəl açıqlamadığı Novichok qazı proqramı barədə bütün məlumatları OPCW-yə verməlidir”, – G7-nin bəyanatında deyilir. G7-yə Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Ştatlar daxildir. Bəyanata Avropa Birliyi də qoşulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG