Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 21:11

Bakıda yağış, dağlıq ərazilərdə qar gözlənir


Yağış

Aprelin 14-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.

Aprelin 14-də Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı vurğulanır. Yağışın ayrı-ayrı yerlərdə leysana çevriləcəyi ehtimal edilir. Qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi gözlənir. Gecə 6-11, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti təxmin edilir .

Günün bütün mövzuları

XS
SM
MD
LG