Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 05:08

Azərbaycan martda da Vyana razılaşmasına sadiq olub


Xəzərdə neft platforması

Azərbaycan mart ayında gündəlik neft hasilatının azaldılması sazişinə dair məlumatları neft ixrac edən ölkələr birliyi- OPEC-ə təqdim edib.

Energetika Nazirliyinin məlumatında Azərbaycanın martda neft ölkələrinin hasilatın azaldılması razılaşmasına əməl etdiyi bildirilir.

Məlumatda vurğulanıb ki, martda respublika üzrə gündəlik neft hasilatı 794 min barrel olub. Bunun 740 min barrelini xam neft, 54 min barelini kondensat təşkil edib. Yəni Azərbaycan hasilatı sutkada təqribən 35 min barrel azaldılması öhdəliyini yerinə yetirib.

Nazirliyin fevral ayı ilə bağlı məlumatında gündəlik neft hasilatının 806 min barrel olduğu bildirilirdi.

2017-ci il ərzində isə Azərbaycanda orta gündəlik neft hasilatı 781.9 min barel təşkil edib.

Xatırlatma

OPEC-ə üzv və kartelə daxil olmayan ölkələr 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri və təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş əvvəlcə 6 aylığa imzalanıb. 2017-ci il mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçirilən 172-ci iclasında hasilatın azaldılması razılaşması daha 9 aylığa uzadılıb.

Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclasında sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Bu razılaşmalara da Azərbaycan qoşulub.

Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər bahalaşıb. Hazırda bazarda Azərbaycan neftinin bir barrelinin qiyməti 70 dollar civarındadır. Ötən ilin əvvəllərində isə bu, 50 dollar civarında dəyişirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG