Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:40

İran dolları vahid məzənnəyə gətirməyə çalışır


Arxiv fotosu

İran hakimiyyəti ABŞ dolları üçün vahid məzənnə tətbiq ediləcəyini bildirib. Məqsəd son yeddi ayda mili valyuta olan rialın 30 faizdən artıq ucuzlaşmasıdır.

Ölkənin birinci vitse-prezidenti Eshaq Jahangiri deyib ki, aprelin 10-dan hökumət bütün şəxslərə və şirkətlərə bir dolları 42 min riala satacaq.

QARA BAZARDA MƏZƏNNƏ 60 MİN RİAL OLUB

Aprelin 9-da axşam, hökumətin fövqəladə iclasından sonra danışan Jahangiri deyib ki, milli valyutanın ucuzlaşması arxasında İranın “düşmənləri” dayanır.

Onun sözlərinə görə, bu addım İranın rəsmi və açıq bazar məzənnələrini birləşdirəcək.

***Buna da bax: İranda valyuta alverçiləri saxlanıb

Jahangiri deyib ki, bir dolların 42 min rialdan fərqli məzənnəyə alış-verişi “kontrabanda” sayılacaq və hüquq-mühafizə orqanları bununla “sərt” məşğul olacaq.

Medianın yazdığına görə, aprelin 9-da qara bazarda bir dollar 60 min riala dəyişdirilib. Sentyabrda bu məzənnə 36 min rial idi.

Milli valyutanın ucuzlaşması Birləşmiş Ştatların Tehranın dünya gücləriylə 2015-ci ildə imzaladığı nüvə sazişindən çıxa biləcəyi ehtimalıyla bir arada baş verir. Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində Tehrana sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Jahangiri rialın çöküşündə “qeyri-iqtisadi, əsaslandırılmamış və proqnozlaşdırılmayan faktorları” günahlandırıb, deyib ki, son həftələr ixrac gəlirlərindən ölkəyə on milyardlarla dollarlıq xarici valyuta daxil olub.

“CANFƏŞANLIQ GÖSTƏRİRLƏR”

Düşmənlərimiz və rəqiblərimiz, özəlliklə də amerikalılar, nüvə sazişi razılaşdırılandan və ABŞ-da Donald Trump vəzifəyə keçəndən sonra İranın iqtisadiyyatını xaotik kimi təqdim etməyə canfəşanlıq göstəriblər, hamını İranla işləməkdən çəkindirməyə çalışıblar”, – Jahangiri deyib.

***Buna da bax: İrandan qayıdan Azərbaycan vətəndaşı: 'Kimə çatırsan, şikayətlənir'

Hökumətin sözçüsü Bagher Nobakht aprelin 10-da deyib ki, İran ildə xarici valyuta ilə 95 milyard dollar qazanır, idxala isə 80 milyard dollar sərf olunub. Ölkədən daha çox xam neft ixrac olunur.

Trump İranın atom və raket proqramlarına yeni məhdudiyyətlər qoyulmayınca mayda sazişdən çıxmaqla və Tehrana yeni sanksiyalar qoymaqla hədələyib.

İran prezidenti Hassan Rohani aprelin 9-da xəbərdarlıq edib ki, ABŞ sazişi pozarsa, Vaşinqton bundan peşman olacaq.

XS
SM
MD
LG