Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 20:46

Evlənənlər azalıb, boşananlar artıb


Boşanma

2018-ci il mart ayının 1-də ölkə əhalisinin sayı 9 milyon 911 min 472 nəfərə çatıb.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 13 min 387 nəfər, yaxud 0.1 faiz artıb.

«Əhalinin 52.9 faizi şəhər, 47.1 faizi kənd sakinlərinin, 49.9 faizi kişilərin, 50.1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür», - məlumatda vurğulanır.

Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 23 min 331, yaxud hər gün təxminən 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb.

«Körpələrdən 422-si əkiz, 24-ü üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47.3 faiz təşkil edir. Hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir)», - məlumatda bildirilir

Doğulan uşaqların sayında azalma var. 2017-ci ilin yanvar-fevral ayları ərzində ölkədə 24 min 648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınmışdı.

DSK vurğulayıb ki, 2018-ci ilin yanvar-fevral aylarında ölkədə 10 min 500 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7.1-dən 6.6-dək azalıb.

Cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 8 min 65 nikah və 2 min 383 boşanma halları qeydə alıb. DSK məlumatlarından belə çıxır ki, evlənənlərin sayı azalıb, boşanmalar atıb. Ötən ilin eyni dövründə 8 min 476 nikah və 2 min 422 boşanma qeydə alınmışdı.

XS
SM
MD
LG