Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 08:55

Aman Tuleyev Kemerovo vilayətinin parlament sədri seçilib


Aman Tuleyev, arxiv fotosu

Kuzbasın keçmiş qubernatoru Aman Tuleyev Kemerovo vilayətinin Xalq Deputatları Şurasının sədri seçilib. RIA Novosti xəbər verir ki, qərar regional parlamentin növbədənkənar iclasında qəbul edilib. Gizli səsvermə zamanı yeganə namizəd olan Tuleyevi 39 deputatdan 38-i dəstəkləyib.

Aprelin 3-də Kuzbasın keçmiş qubernatoru deputat mandatı alıb. Vilayət parlamentinin rəhbəri Aleksei Sinitsin səlahiyyətlərindən imtina etmişdi ki, deputatlar onun yerinə Tuleyev-i seçə bilsinlər. Onu həmin vəzifəyə hakim “Vahid Rusiya” partiyası irəli sürmüşdü.

Tuleyev qubernator vəzifəsindən aprelin 1-də istefa verib. Martın sonunda “Zimnyaya vishnya” ticarət mərkəzindəki yanğında 64 nəfər həlak olmuşdu, onlardan 41-i uşaq idi. Kemerovo sakinləri dinc aksiyada Tuleyev-in istefasını tələb edirdi.

XS
SM
MD
LG