Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:06

Gəncədə elektrik enerjisi ilə bağlı reydlər keçirilib


İki gündür ki, Gəncə Elektrik Şəbəkəsi yerli polis və icra hakimiyyəti nümayəndələriylə birgə şəhərin müxtəlif ərazilərində reydlər keçirir. Şəbəkənin satış departamenti üzrə direktor müavini Hidayət İsmayılovun sözlərinə görə, reydə səbəb abonentlərin elektrikdən istifadə qaydalarına əməl edib-etməməsini yoxlamaqdır. Reyd zamanı 25 abonentin sayğaca müdaxilə etməsini və elektrik xəttinə qeyri-qanuni qoşulmaların aşkar olunduğunu deyən cənab İsmayılovun sözlərinə görə, faktlarla bağlı 4 min manata yaxın cərimə aktı tərtib edilib.

Hidayət İsmayılov deyir ki, cəriməni ödəməyən abonentlərə elektrik enerjisinin nəqli dayandırılacaq.


Cərimə aktlarıyla razılaşmayan bəzi abonentlər isə öz hüquqlarını məhkəmədə müdafiə edəcəklərini bildirirlər.


Gəncədə oktyabr ayında əhaliyə 16 milyon kilovatt-saat enerji satılıb ki, bunun da 60 faizdən çoxunun haqqı ödənilib.


XS
SM
MD
LG