Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:43

Rohani: ABŞ peşman olacaq


Hassan Rohani

Birləşmiş Ştatlar Tehranla bir sıra ölkələrin 2015-ci ildə imzaladığı nüvə sazişini pozarsa, Vaşinqton “bundan peşman olacaq”. Bunun İran prezidenti Hassan Rouhani deyib.

Sazişi birinci biz pozmayacağıq, ancaq bilsinlər ki, onu pozsalar, peşman olacaqlar”, – Rohani aprelin 9-da Tehranda konfransda deyib. Bu gün İranda Milli Nüvə Texnologiyası günüdür.

Onların düşündüyündən daha çox hazırlıqlıyıq, bunu sazişi pozsalar, görəcəklər, bir həftəyə, bir həftədən də az müddətə nəticəni görəcəklər”, – Rohani deyib.

ABŞ prezidenti Donald Trump mayın 12-dək nüvə sazişinə dəyişikliklər edilməsə, ondan çıxmaqla hədələyib.

Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində Tehrana beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

XS
SM
MD
LG