Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:27

General Mehmandarovun nəvəsini kim aldadıb


Pul

Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olmuş general Səməd bəy Mehmandarovun nəvəsi Aygün Mehmandarlı ilə bağlı məhkəmə yekunlaşıb. Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə hökm oxunub.

Söhbət dələduzluqdan gedir və generalın nəvəsi həmin işdə zərərçəkmişdir. Məhkəmə qarşısına çıxarılan Zaur Əsgərov A.Mehmandarlının 12 min manatını alıb qaytarmamaqda suçlanır. İttihama görə, o, generalın nəvəsindən pulu qızıl satışı ilə alaraq onu aldadıb.

Bu məsələyə görə Z.Əsgərov haqqında cinayət işi başlansa da, o, əvvəlcə həbs olunmayıb. Barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Amma sonradan istintaqın çağırışlarına gəlmədiyinə görə qətimkan tədbiri dəyişdirilib və o, həbs edilib.

Məhkəmədə də özünü təqsirli bilib, peşman olduğunu, bir daha belə hərəkətə yol verməyəcəyini deyib.

Zərərçəkmiş A.Mehmandarlı da ondan şikayətçi olmayıb. Bildirib ki, ona dəymiş ziyan ödənilib. Məhkəmədən də təqsirləndirilən şəxsə həbsdən kənar cəza verilməsini istəyib.

Aprelin 9-da elan olunan hökmə əsasən, Z.Əsgərov 2 il azadlıqdan məhrum edilib. Ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

A.Mehmandarlının adı bir müddət öncə başqa bir məhkəmə işində də hallanırdı. O, banklardan birini onun kreditə görə girov olan avtomobilini əlindən almaqda günahlandırırdı.

Multimedia

XS
SM
MD
LG