Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 13:40

Aprelin 9-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu” mövzusunda işgüzar dialoq keçirəcək.

ƏMDK-dan yayılan məlumata görə, tədbir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında təşkil olunacaq.

“ Məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən müasir yanaşmalar, innovativ tətbiqlər və bu proseslərin vətəndaşlara qazandırdığı üstünlüklər barədə fikir mübadiləsi aparmaqdır.

Tədbirdə komitə nümayəndələri ilə yanaşı, əmlak idarəçiliyi sahəsində fəaliyyət göstərən iqtisadçı ekspertlər, konsaltinq, audit şirkətləri, ictimai təşkilatlar və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər”, məlumatda vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG