Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:09

Kataloniyanın keçmiş liderinin zaminə buraxılacağı gözlənir


Carles Puigdemont-un saxlanmasına Barselonada etirazlar, 25 mart, 2018-ci il

Aprelin 6-da Almaniya məhkəməsinin Kataloniyanın keçmiş lideri Carles Puigdemont-u girov müqabilində azadlığa buraxacağı gözlənir.

Ölkənin şimalındakı Şlezviq Holsteyn ştatındakı məhkəmə aprelin 5-də bildirib ki, Puigdemont-un 75 min avro əvəzində həbsxanadan çıxması razılaşdırılıb.

Digər şərtlər onun hər həftə yerli polisdə qeydiyyatdan keçməsi və ölkədən çıxmasının qadağan olunmasıdır.

İspaniya 55 yaşlı Puigdemont-u qiyam və dövlət vəsaitindən sui-istifadədə ittiham edir. O, ötən ilin oktyabrında Kataloniyanın müstəqilliyi ilə bağlı referendum təşkil etmişdi.

Puigdemont ötən ay İspaniyanın xahişiylə Almaniyada saxlanıb.

XS
SM
MD
LG