Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:49

'Nazirin dedikləri Statistika Komitəsinin göstəriciləri ilə tutmur'-Media icmalı


Bank borcları üçün hökumət nə edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Bank borcları üçün hökumət nə edə bilər?

Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti, problemli kreditlərin həlli yolları, işsizliyin səviyyəsi ilə bağlı rəsmi açıqlamalara şübhələr və bu kimi başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Hökumət problemli kreditlər məsələsinin həllində qərarlı deyil»

«Yeni Müsavat» qəzetində «Problemli kreditlərin həlli gündəmdə - güzəştlər və şərtlər necə olacaq...» sərlövhəli yazı oxumaq olar.

Yazıda iqtisadçı-ekspert Rəşad Həsənovla problemli kreditlər məsələsi və onun həlli yolları gündəmə gətirilib.

Müəllif bildirir ki, 2015-ci ildə manatın iki devalvasiyasından sonra problemli kreditlər mövzusu ortaya çıxıb. Yazıda hesab edilir ki, artıq 3 ildir bu məsələ cəmiyyətin ən müxtəlif təbəqələri arasında ən çox müzakirə edilən mövzulardandır.

Müəllif vurğulayıb ki, bu məsələ bu günlərdə parlamentdə yenidən gündəmə gəlib. Hətta bəzi deputatlar da bu məsələnin tezliklə həllini tapmalı olduğunu söyləyiblər.

Ekspert R.Həsənov qəzetə şərhində isə deyib ki, baş verən devalvasiyalardan həm iqtisadi subyektlər, həm də vətəndaşlar zərər görüblər.

Ekspert vurğulayıb ki, faktiki olaraq hökumət bu istiqamətdə əhəmiyyətli bir addım atmaqda o qədər də qərarlı deyil: «Odur ki, daha çox konkretləşdirmə aparmaqla, əhatə dairəsini müəyyən qədər kiçiltməklə hökumətdən bu güzəşti qoparmaq olar. Belə olan halda məhdudiyyətlər də tətbiq oluna bilər. Bu məhdudiyyətlər müxtəlif kateqoriyalar üzrə qruplaşdırılmalıdır».

Ekspertə deyib ki, əslində başqa kreditlərlə bağlı da güzəştin tərəfdarıdır. Çünki onun fikrincə, təkcə məzənnə dəyişikliyi yox, ölkədə iqtisadiyyatın geriləməsi, gəlirlərin azalması səbəbindən də insanlar kreditləri ödəyə bilmirlər: «Lakin birbaşa dövlət tərəfindən qəbul edilmiş qərar nəticəsində ədalətsiz şəkildə borc yükü ilə üzləşmiş insanlara güzəştin verilməsi dövlətin borcudur. Buna görə də mən ilkin olaraq valyutada olan kreditlərin önə çəkilməsini vacib hesab edirəm...».

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov

«Sözdə iş yerləri...»

«Novoye Vremya» qəzetində «Əmək nazirliyinin relyasiyasının arxasında nə gizlənir?» sualı gündəmə daşınır.

Müəllif ölkədə işsizlik probleminin üzərində dayanır. Yazıda vurğulanır ki, bu barədə rəsmilərin bütün açıqlamalarına baxmayaraq, problem aktuallığını hələ də itirmir: «Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri bildirib ki, bu ilin iki ayı ərzində 27 min 530 nəfər işlə təmin edilib. Eyni zamanda, 28 min 419 gənc peşə tədbirlərinə cəlb edilib. Bununla yanaşı, həm də 2 min şəxsə kiçik bizneslərini qurmağa kömək ediblər. Belə çıxır ki, onlar gündə ortalama 500 adamı işlə təmin ediblər, 600 nəfəri kurslara göndəriblər. Azərbaycan üçün kifayət qədər yüksək rəqəmlərdir».

Yazıda bildirilir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin göstəriciləri ilə tutmur: «Komitənin göstəricilərinə görə, 2017-ci ilin fevralında ölkədə 1 milyon 514 min muzdlu çalışıb. 2018-ci ilin fevralında isə onların sayı 1 milyon 508.4 min nəfər olub. Başqa sözlə, bir ildə muzdlu işçilərin sayı 5.6 min nəfər azalıb».

Müəllif iddia edir ki, rəqəm saxtakarlığı regionlarda da özünü göstərir: «Məsələn, Qəbələ Rayon İcra Hakimiyyəti əmək birjasına 1280 nəfərin müraciət etdiyini deyir. Halbuki, işi olan adamın birjaya müraciət etməsi şübhəlidir. 452 nəfər işlə təmin edilib, 53 nəfər «işsiz» statusu alıb. Qalan 775 nəfərlə bağlı məlumatlar statistikaya daxil edilməyib».

İxrac
İxrac

«İxrac imkanları artır»

«Azərbaycan» qəzetində ««Made in Azerbaijan»ın çeşidləri artır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, konkret layihələrin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı həm daxili tələbatın ödənilməsinə, həm də xarici bazarlara çıxış imkanları yaradıb: «Sənaye parkları və sənaye məhəllələrində istehsal olunan məhsulların dünya bazarına çıxarılması üçün dövlət sahibkarlara hərtərəfli dəstək göstərir. Məhz bunun nəticəsidir ki, artıq Azərbaycan dünya bazarlarında «Made in Azerbaijan» brendi ilə rəqabətə girəcək müxtəlif məhsullar təqdim edir. Belə müəssisələrdən biri Neftçala Sənaye Məhəlləsidir. Bu sənaye müəssisəsində istehsal olunan məhsullar həm yerli, həm də xarici bazarlarda satılır».

Yazıda bildirilir ki, aprelin 5-də bir qrup iqtisadçı-ekspert və mətbuat təmsilçisi Neftçala Sənaye Məhəlləsinə səfər edib: «Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar, hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı, konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45.3 milyon manat investisiya yatırılıb, 500-ə yaxın daimi iş yeri açılıb».

Müəllif vurğulayır ki, zavodda İranla birgə MDB, Yaxin Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulan avtomobillər də istehsal ediləcək.

XS
SM
MD
LG