Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:21

Rusiya həbsxanasından buraxılmış ukraynalı vəfat edib


Yuriy Soloshenko (solda)

2016-cı ildə Rusiyada həbsxanadan buraxılmış ukraynalı 75 yaşında dünyasını dəyişib.

Yuriy Soloshenko aprelin 4-də vəfat edib. Bu haqda parlamentin spiker müavini Iryna Herashchenko Facebook-da yazıb.

Soloshenko-ya bir neçə il öncə xərçəng diaqnozu qoyulubmuş.

Ancaq yaşına və xəstəliyinə baxmayaraq, Soloshenko “həbsinə şərəflə dözüb”, 2016-cı ildə Soloshenko ilə birlikdə Rusiya həbsxanasından buraxılmış Yuriy Afanasyev Facebook-da yazıb.

Afanasyev Soloshenko-nu “qəhrəmanımız” və “babam” adlandırıb.

Elektronika zavodunun keçmiş rəhbəri Soloshenko 2014-cü ildə Moskvada saxlanıb. O, S-300 havadan müdafiə sistemi üçün satışı məhdudlaşdırılmış komponentlər almaqda ittiham olunub. 2015-ci ilin oktyabrında altı illik həbsə məhkum edilib.

Afanasyev isə krımlı fotoqrafdır. Rusiya Krımı ilhaq edəndən bir neçə ay sonra həbs olunub, yeddi illik həbsə məhkum edilib.

Soloshenko və Afanasyev Ukraynada saxlanmış iki ukraynalı ilə dəyişdiriliblər. Həmin ukraynalılar isə rusiyapərəst separatçılara dəstək verməkdə suçlanıblar.

XS
SM
MD
LG