Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:17

YouTube-un ofisinə hücumda şübhəlinin adı açıqlanıb


İnsident yeri

Polis şübhəlinin San Dieqodan 39 yaşlı Nasim Aghdam olduğunu bildirir, ancaq hücumun motivi hələ araşdırılır.

Bəzi məlumatlara görə, qadın iranlıdır.

Onun nahar vaxtı ofisin verandasına yaxınlaşdığı, tapançadan atəş açdığı qeyd olunur.

Şübhəlinin atası Ismail Aghdam yerli mediaya deyib ki, qızı YouTube-a nifrət edib, çünki şirkət onun bu platformaya yerləşdirdiyi videolara görə ödənişləri dayandırıb.

San Brunodakı insidentdən sonra YouTube Aghdam-ın hesabını bağlayıb.

***

Youtube videoportalının Kaliforniyadakı qərargahına hücumda şübhəli qadının özünə açdığı atəşdən sonra ölü tapıldığı bildirilir. Məlumatı aprelin 3-də axşam San Bruno polisinin rəisi Ed Barberini verib.

Polis deyir ki, qadın özünü vurmamışdan öncə YouTube-un San Fransiskodakı ofisinin 3-4 əməkdaşını yaralayıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

San Francisco baş xəstəxanasının sözçüsü üç xəstə qəbul etdiklərini, ikisinin ağır, birinin nisbətən yaxşı durumda olduğunu söyləyib. Sözçü Brent Andrew əlavə xəstələr gözlədiklərini, ancaq onların vəziyyətindən xəbərdar olmadığını deyib.

YouTube ofisindən və yaxınlıqdakı binalardan işçilər çıxarılıb. Yeri televiziyada yayımlanan görüntülərə görə, onlar binalardan əllərini qaldırmış vəziyyətdə çıxıblar.

Şahidlər hadisə yerinə vertolyotların, polisin SWAT komandalarının cəlb olunduğunu bildirir.

Barberini təhqiqat getdiyini, təhlükəsizlik qüvvələrinin “hələ də binanı təmizləməkdə olduğunu” söyləyib.

Ağ evin məlumatına görə, prezident Donald Trump-a informasiya verilib və onun administrasiyası San Brunodakı durumu izləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG