Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 02:55

BMT Yəmən üçün 3 milyard dollar istəyir


Yəmən, arxiv fotosu

BMT Yəməndə milyonlarla adama təcili humanitar yardım göstərməkdən ötrü beynəlxalq ictimaiyyətdən 2,96 milyard dollar istəyir.

Yəməndə dünyanın ən pis humanitar böhranı yaşanır”, – BMT-nin baş katibi Antonio Guterres aprelin 3-də Cenevrədə donorların konfransında deyib. O, müharibə içində olan bu ölkənin durumunu “fəlakətli” adlandırıb.

Yəməndə prezident Abd-Rabbu Mansur Hadi hökumətiylə şiə husi yaraqlılar arasında münaqişə gedir. Husiləri İran, hökuməti isə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya dəstəkləyir.

2015-ci ildə koalisiyanın müdaxiləsindən bəri ölkədə 10 mindən çox yəmənli öldürülüb, 22,2 milyon nəfərə humanitar yardım lazımdır.

Səudiyyə və müttəfiqləri ötən il ölkənin quru, dəniz və hava sərhədlərini bağlayıblar. Blokada sonradan yüngülləşdirilsə də, çatdırılmalar üzərində məhdudiyyətlər qalır.

XS
SM
MD
LG