Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:54

Aprelin 4-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı bildirilir. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, axşam mülayimləşəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi vurğulanır. Gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG