Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:27

Haradinaj Erdogan-ın tənqidini qəbul eləmir


Mehmet Akif Kollecinin saxlanmış müəllim və direktorunun ailə üzvləri Ramush Haradinaj ilə görüş istəyir, 30 mart, 2018-ci il
Mehmet Akif Kollecinin saxlanmış müəllim və direktorunun ailə üzvləri Ramush Haradinaj ilə görüş istəyir, 30 mart, 2018-ci il

Kosovonun baş naziri Ramush Haradinaj Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın ona ünvanlanmış tənqidini rədd edib. Erdogan onun altı türkiyəlinin deportasiyasına görə bir neçə rəsmini işdən çıxarmasını tənqid etmişdi. Həmin türkiyəlilərin Erdogan-ın siyasi düşmənləri ilə əlaqələri olduğu bildirilir.

Haradinaj aprelin 2-də 15-ci əsrdə Türkiyənin Osmanlı imperiyasına qarşı savaşmış milli qəhrəmanın xatirə tədbirində danışıb. Baş nazir deyib ki, Erdogan “Kosovonun daxili işlərinə qarışmamalıdır”, necə ki Priştina Ankaranın işlərinə qarışmır.

“BUNA GÖRƏ CAVAB VERƏCƏKSİNİZ!”

Erdogan martın 31-də xəbərdarlıq edib ki, Haradinaj daxili işlər naziri və kəşfiyyat xidmətinin rəhbərini işdən çıxarmasının “bədəli”ni ödəyəcək. Baş nazir həmin rəsmiləri altı türkiyəlinin onun icazəsi olmadan deportasiya etdiklərinə görə vəzifədən kənarlaşdırıb. Bu türkiyəlilərin ABŞ-da yaşayan, Erdogan-ın 2016-cı il uğursuz çevriliş cəhdində əli olmaqda suçladığı Fethullah Gulen-in hərəkatıyla bağlılığı olduğu bildirilir.

*** Buna da bax: Kosovodan 6 türk deportasiya olundu, nazir işdən çıxarıldı

Erdogan deyib ki, Türkiyə Birləşmiş Ştatlardan sonra Kosovoun müstəqilliyini tanıyan ikinci ölkə olub:

“Sualım Kosovonun baş nazirinədir: bu addımları kimin göstərişiylə atdınız? Nə vaxtdan siz Kosovonun qardaş ölkəsi olan Türkiyədə çevrilişi cəhd edənlərin müdafiəsinə başlamısınız? Buna görə cavab verəcəksiniz!”

Türkiyə yoxsul Kosovonun əsas dəstəkçisidir. Kosovo 2008-ci ildə Serbiyadan ayrıldığını elan edib. Bu ölkənin yeganə aeroportunu, elektrik şəbəkəsini türk şirkətləri idarə edir. Türkiyə burada dəyəri 2 milyard dollara yaxın iki magistral yol çəkir.

İnsan haqları qrupları da altı türkiyəlinin Kosovodan deportasiya olunmasını tənqid edib. Ankara həmin şəxsləri Gulen hərəkatıyla bağlılığı olanların, Ankara hökumətin təzyiqilə üzləşənlərin ölkədən çıxmasına yardım göstərməkdə suçlayıb.

Ankara Guleni 2016-cı ilin iyul çevriliş cəhdinin təşkilində ittiham edir, onun hərəkatını da terrorçu təşkilat elan edib. Gulen isə həmin hadisələrlə heç bir bağlılığı olmadığını, zorakılığa qarşı təbliğat apardığını bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG